Son Xəbərlər
Oxunub : 21 | Tarix : 06:15 | Bölmə: gundem, maraqli

Görünməmiş hadisə - Ana 26 gündən sonra yenidən doğdu

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Banqladeşdə hər kəsi, xüsusilə də həkimləri heyrətləndirən hadisə yaşanıb.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 20 yaşlı Arifə Sultana adlı qadın fevral ayının sonunda Banqladeşdə yerləşən doğum evlərinin birində normal doğuş keçirərək oğlan uşağı dünyaya gətirib.

Lakin 26 gün sonra - martın sonuna yaxın yenidən xəstəxanaya müraciət etməli olub. Qarın boşluğunda yaranan ağrılar onu rahat buraxmırdı.

Həkimlər onu müayinə edən zaman ana bətnində bir oğlan, bir qız olmaqla əkizlərin olduğunu müəyyən edir. Dərhal gənc ananı qeysəriyyə üsulu ilə əməliyyata götürürlər.

Ana bətnində uşaqların hər ikisi normal vəziyyətdə idi. Bu əməliyyat üçəm anası Arifə üçün də uğurlu keçdi.

Mütəxəssislər bu “gecikmə”ni tibb aləmində nadir rast gəlinən hadisələrdən hesab edir.

Yerli KİV-lərin məlumatına görə, hazırda özünün və körpələrinin səhhətinin normal olduğunu deyən Arifə Sultana xoşbəxt anlar yaşadığını bildirib.

Ailəsinin imkansız olduğunu dilə gətirən ana onları necə böyüdəcəyindən şikayətlənib.

Lakin möcüzə hesab etdiyi bu hadisənin ailələrinə xoşbəxtlik gətirəcəyinə inandığını deyən ər, üçəmlərin xoş gələcəyi üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.t.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 20 yaşlı Arifə Sultana adlı qadın fevral ayının sonunda Banqladeşdə yerləşən doğum evlərinin birində normal doğuş keçirərək oğlan uşağı dünyaya gətirib.

Lakin 26 gün sonra - martın sonuna yaxın yenidən xəstəxanaya müraciət etməli olub. Qarın boşluğunda yaranan ağrılar onu rahat buraxmırdı.

Həkimlər onu müayinə edən zaman ana bətnində bir oğlan, bir qız olmaqla əkizlərin olduğunu müəyyən edir. Dərhal gənc ananı qeysəriyyə üsulu ilə əməliyyata götürürlər.

Ana bətnində uşaqların hər ikisi normal vəziyyətdə idi. Bu əməliyyat üçəm anası Arifə üçün də uğurlu keçdi.

Mütəxəssislər bu “gecikmə”ni tibb aləmində nadir rast gəlinən hadisələrdən hesab edir.

Yerli KİV-lərin məlumatına görə, hazırda özünün və körpələrinin səhhətinin normal olduğunu deyən Arifə Sultana xoşbəxt anlar yaşadığını bildirib.

Ailəsinin imkansız olduğunu dilə gətirən ana onları necə böyüdəcəyindən şikayətlənib.

Lakin möcüzə hesab etdiyi bu hadisənin ailələrinə xoşbəxtlik gətirəcəyinə inandığını deyən ər, üçəmlərin xoş gələcəyi üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

Oxşar xəbərlər