Son Xəbərlər
Oxunub : 15 | Tarix : 07:06 | Bölmə: gundem, sosial

Sahil Babayev: Azərbaycan dövləti öz vəsaiti hesabına əhaliyə dəstək göstərir



TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Ölkədə əhalinin illik artımı - doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir.

Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev irsi və sosial siyasət” adlı konfranda çıxışı zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, 1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər səkkiz dəfə, orta aylıq əməkhaqqı altı dəfə artırılıb:



“Biz xaricdən alınan kreditlərin hesabına ölkəmizin əhalisinə dəstək olmuruq, Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir. Ölkəmiz yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir.

Digər tərəfdən, Azərbaycanda müsbət demoqrafik artım baş verir. Ölkədə əhalinin illik artımı - doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir”.

Nazir bildirib ki, Azərbaycanda artıq minumum pensiyanın məbləği yaşayış minumumunu üstələyir:

“Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Eyni zamanda, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə, 35730 nəfəri artıq müvafiq işlərə cəlb edilib”.

“Ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq. 2019-cu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb”, - deyə Sahil Babayev qeyd edib.

Oxşar xəbərlər