Son Xəbərlər
Oxunub : 21 | Tarix : 06:17 | Bölmə: gundem, sosial

Sağlamlıq imkanları məhdud uşaqların təhsil xərcləri bu tarixdən ödəniləcək

TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilindən qüvvəyə minəcək.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

“Sentyabrdan başlayaraq bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar. Hazırda ali məktəblərdə həmin kateqoriyaya aid tələbələrin sayı təxminən 2500 nəfərə yaxındır”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər