Son Xəbərlər
Oxunub : 25 | Tarix : 06:34 | Bölmə: gundem, bolge

Goranboya güclü dolu düşüb - FOTO



BƏSDİ VƏLİYEVA AZTURK.TV
Goranboyun dağ kəndinə güclü dolu düşüb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, axşam saatlarında havanın qəfil dəyişməsi nəticəsində rayonun Tatarlı kəndinə ölçüsü qoz boyda olan buz parçaları yağıb. Külək, şimşəklə müşahidə olunan təbiət hadisəsi 40 dəqiqəyə yaxın davam edib.

İri buz parçaları ərazini bir neçə dəqiqəlik ağ örpəyə bürüyüb. Dolu əsasən meyvə ağaclarına, həyətyanı sahələrdə əkilən tərəvəz məhsullarına ziyan vurub.



Daha ətraflı
Təbiət hadisəsi zamanı elektirik verlişində də fasilələr yaranıb. Gecə saatlarında kəndə enerji verlişi bərpa edilib.

Qeyd edək ki, ötən gün Naftalan şəhərinin bəzi hissələrinə də dolu yağıb.

Oxşar xəbərlər