Son Xəbərlər
Oxunub : 20 | Tarix : 06:34 | Bölmə: gundem, maraqli

Bakıda dördəm dünyaya gəlib
BƏSDİ VƏLİYEVA AZTURK.TV
Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.

AZƏRTAC xəbər verir ki, Respublika Günü ərəfəsində dünyaya gələn 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar.

Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə çox xoşbəxtdirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Qeyd edək ki, dördəmlər Bakıda “Caspian International” Hospitalda doğulublar

Oxşar xəbərlər