Son Xəbərlər
Oxunub : 20 | Tarix : 06:25 | Bölmə: gundem, bolge

İmamzadədə bayram namazı - FOTO


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Gəncənin İmamzadə dini kompleksində bayram namazı qılınıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında başlayan bayram namazında minə yaxın şəhər sakini iştirak edib.

Təxminəm iki saat davam edən bayram namazında Azərbaycan xalqının azad və firavan yaşaması üçün dualar edilib, dövlətçiliyimizin daha da möhkəm və sarsılmaz olması naminə vəhdətin vacibliyi qeyd edilib. Din xadimlərinin hər zaman ölkə başcısının yanında olduğu xüsusi ilə vurğulanıb.











Bayram namazında ayrıca dini ayinlər səsləndirilib, Ramazan ayının fəzilətindən, insan üçün əhəmiyyətindən bir daha bəhs edilib.

Bayram namazından sonra ziyarətgahda bayram süfrəsi açılıb.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin Cümə məscidi, o cümlədən digər məscidlərdə bayram namazı qılınıb.

Oxşar xəbərlər