Son Xəbərlər
Oxunub : 12 | Tarix : 05:39 | Bölmə: gundem, bolge


Ağdaşda 47 min nəfərin içməli su təchizatı yaxşılaşdırılır

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Ağdaş şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirlir.

Bu barədə Lent.az -a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.


Layihəyə əsasən, əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılıb, ümumi tutumu 10 min kubmetrtutumu olan 2 su anbarı və nasos stansiyası inşa edilib. Su mənbəyindən şəhərə 13 km magistral su xətti çəkilərək paylayıcı şəbəkə ilə birləşdirilib. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncama əsasən, Ağdaş şəhərində 4 yeni subartezian quyusu qazılıb, həcmi 5000 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda yeni su mənbəyindən şəhərə qədər 6,7 km magistral su kəməri tikilib, içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılıb. Ümumilikdə Ağdaş şəhərində 183 km içməli su şəbəkəsi yaradılıb və abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda, 166 kilometr kanalizasiya şəbəkəsi və 9,6 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Hazırda şəhərin 30 minədək əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur.

Hazırda məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Su və kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyü də bərpa olunur. Layihə çərçivəsində Ağdaş Sukanal sahəsi üçün müasir tipli yeni inzibati bina tikilib.

Qeyd edək ki, yeni layihənin icrasına qədər Ağdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətə düşmüşdü.

Oxşar xəbərlər