Son Xəbərlər
Oxunub : 91 | Tarix : 07:30 | Bölmə: gundem, idman

Minsk-2019: İki güləşçimiz finala yüksəldi


BƏSDİ VƏLİYEVA AZTURK.TV

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib.
APA -nın Minskə ezam olunmuş məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçilər yarımfinal görüşlərinə çıxıblar.


Azərbaycan təmsilçisi Elmira Qəmbərova rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. İlk xalı rəqib qazansa da, güləşçimiz əzmkarlıq nümayiş etdirib.
İlk hissədə qazandığı 2 xalla önə keçən təmsilçimiz görüşü qələbə ilə başa vurub – 4:1. Bu qələbə sayəsində E. Qəmbərova finala adlayıb.
Bununla da Avropa Oyunlarının ən azı gümüş medalını təmin edən güləşçimiz sabah həlledici qarşılaşmaya çıxacaq. Onun rəqibi ukraynalı Yuliya Tkaç olacaq.
57 kq çəki dərəcəsində baş tutan yarımfinal qarşılaşmaları isə Azərbaycan təmsilçisi Alyona Kolesnik üçün sevindirici nəticələr qeydə alınıb. Güləşçimizin uduzduğu bolqarıstanlı Mimi Xristova finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşlərə vəsiqə əldə edib. O, İtaliya təmsilçisi Françeska İndelikato ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) finala yüksəlib. Səbirə Əliyeva (76 kq) isə yarımfinalda almaniyalı Frensi Raedeltlə qüvvəsini sınayacaq

Oxşar xəbərlər