Son Xəbərlər
Oxunub : 11 | Tarix : 05:07 | Bölmə: gundem, iqtisadiyyat

Azərbaycana yeni yumşaq pendirlər gətiriləcək

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Rusiya Federasiyası Adıgey Respublikasından Azərbaycana pendir ixrac olunacaq.

“Sovetskaya Adıgeya” xəbər verir ki, bunu Krasnoqvardeysk süd zavodunun direktoru Ruslan Teşev deyib.

O, Azərbaycandan olan distribüterlə müqavilə bağladıqlarını bildirib:



“Həmin distribüter Adıgey pendirini ölkənin iri ticarət şəbəkələrinə göndərəcək. Ümid edirik ki, artıq gələn həftə ilk tədarükü həyata keçirəcəyik”.

R.Teşev Azərbaycana yumşaq pendirlərin bütün çeşidinin tədarük olunacağını qeyd edib:

“Adıgey pendiri hazırda Almaniya, Birləşmiş Ərəb Əmirlikləri bazarlarında satılır, Türkiyəyə ixracı üçün danışıqlar aparılır”.

Oxşar xəbərlər