Son Xəbərlər
Oxunub : 12 | Tarix : 05:50 | Bölmə: gundem, idman

Karateçilərimiz Xorvatiyadakı yarışa qələbə ilə başladı


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarışa start verilib.
APA -nın məlumatına görə, turnir Azərbaycan karateçiləri üçün uğurlu başlayıb.
21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.
Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq.
Bu turnirdən əlavə, Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Turnirdə Azərbaycanın kumite üzrə yeniyetmə və gənclərdən ibarət komandası 14, kataçılar hər bir yaş qrupunda 2 idmançı ilə təmsil olunur. Bu gün start götürən yarış 3 gün davam edəcək.
Turnirdə 70 ölkədən 2577 idmançı iştirak edir.

Oxşar xəbərlər