Son Xəbərlər
Oxunub : 12 | Tarix : 06:15 | Bölmə: gundem, hadise

Şamaxı yolundakı qəzada yaralananların ADLARI - YENİLƏNİB

MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV

Bakı-Şamaxı avtomobil magistralında baş vermiş avtoqəzada yaralananların kimliyi bəlli olub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Sumqayıt sakinləri 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmin Rafiq oğlu, onun qardaş Zeynəddinli Elcan Rafiq oğlu, 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı və Şamaxı rayon Bağırlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Həsənağa Soltan oğlu və onun həmkəndlisi 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlər tərəfindən S.Qarakişiyevanin vəziyyəti ağır, digərlərininki orta ağır qiymətləndirilir.



17:25

Bakı-Şamaxı avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Görüntüləri Oxu.Az-ın mobil reportyor rubrikasına Xanlar Mehdiyev göndərib.

“Ford” və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb “Mercedes” markalı avtomobilin qarşı yola keçməsi olub.

Oxşar xəbərlər