Son Xəbərlər
Oxunub : 11 | Tarix : 06:28 | Bölmə: gundem, cemiyyet

Bağçalarda yoxlama zamanı 1500 manat cərimə yazılıb? - Sədrdən cavab


BƏSDİ VƏLİYEVA AZTURK.TV

Uşaq bağçalarında aparılan yoxlamalar zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən 1500 manat cərimə yazılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Oxu.Az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.

O deyib ki, respublikada 1600 uşaq bağçasından seçmə yolu ilə 400-də monitorinqlərin keçirilməsi planlaşdırılır:

“Məqsəd böyüməkdə olan nəslin sağlam qida ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasionu işlənib-hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Yəqin, yaxın vaxtlarda bu sənəd təsdiqini tapacaq. Bağçalarda qidalanma rasionu tətbiq olunmalı və onun qida təhlükəsizliyi təmin olunmalıdır”.

Q.Təhməzli bildirib ki, Azərbaycanın bütün ərazilərində körpələrə eyni qida verilmir:

“Məsələn, bəzi bölgələr var ki, orada dəmir çatışmazlığı var. Nəticədə, həmin bölgələrdə dəmir defisitli anemiya müşahidə edilir. Bu, qız uşaqlarında daha çox müşahidə edilir. 2017-ci ildə dəmir defisitli anemiya qadınlar arasında 44 faiz olub”.

Oxşar xəbərlər