Son Xəbərlər
Oxunub : 9 | Tarix : 06:38 | Bölmə: gundem, siyaset

Polşa Azərbaycana yeni səfir göndərir

MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycana yeni səfir təyin edib.

AZƏRTAC xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Oxşar xəbərlər