Son Xəbərlər
Oxunub : 9 | Tarix : 07:02 | Bölmə: gundem, siyaset

Şəki barədə mühüm sənədin qəbulunda İlham Əliyev və Mehriban Əliyevanın rolu - RƏY



MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Azərbaycanda əksər obyektlərin UNESCO-nun Ümumdünya İrs Siyahısına və Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının təşəbbüskarı ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınmasını şərh edərkən deyib.

Y.Abramov qeyd edib ki, bu, Azərbaycanın mədəni və tarixi dəyərlərinin beynəlxalq səviyyədə təbliği işində Azərbaycanın Birinci xanımının fədakar işinin bariz təsdiqidir. Mehriban Əliyevanın səyləri nəticəsində muğam, Azərbaycan xalçaçılıq sənəti və s. də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.



Millət vəkili Şəkinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını Azərbaycan xalqının böyük uğuru adlandırıb:

“Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı müəyyən gecikmə ilə siyahıya daxil edilib, çünki bu məsələ UNESCO qarşısında çoxdan qaldırılmışdı. Lakin təşkilatın öz prosedur qaydaları var”.

Oxşar xəbərlər