Son Xəbərlər
Oxunub : 52 | Tarix : 10:18 | Bölmə: gundem, tedbirler

Avropa Gənclər Olimpiya Festivalı açıq elan edildi - YENİLƏNİB + FOTO

MƏHƏBBƏT ALLAVERDİYEV AZTURK.TV

Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları olmuş həndbolçular - Rəfiqə Şabanova və Lyudmila Şubina, cüdoçular - Nazim Hüseynov və Elnur Məmmədli, stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayev Beynəlxalq Olimpiya Komitəsinin bayrağını səhnəyə gətirib və qurumun himninin sədaları altında bayraq qaldırılıb.

azturk.tv xəbər verir ki, Olimpiya oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə və Sabir Cəfərov, hakimlər adından Ələkbər Həsənov və Sədi Quliyev, məşqçilər adından isə Ramiz Ramizzadə və Əsgərxan Novruzov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər.

Nəhayət, səbrsizliklə gözlənilən an yetişib – söhbət yarışın məşəlinin yandırılmasından gedir. Alovu paytaxtın idman obyektlərini gəzərək Kristal Zala Olimpiya çempionu Fərid Mansurov çatdırıb.

Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının məşəli düz bir həftə bu gözəl arenada alovlanacaq.

Daha sonra əməkdar artist Tünzalə Ağayevanın ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı səsləndirilib.

Ardınca açılış mərasiminin bədii hissəsinin “Welcome to Azerbaijan” adlı ilk bölümü başlanıb.

Burda təxminən 500 gəncin gücündən istifadə olunub.
tanınmış idmançıları, Olimpiya çempionları olmuş həndbolçular - Rəfiqə Şabanova və Lyudmila Şubina, cüdoçular - Nazim Hüseynov və Elnur Məmmədli, stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayev Beynəlxalq Olimpiya Komitəsinin bayrağını səhnəyə gətirib və qurumun himninin sədaları altında bayraq qaldırılıb.
aztrk.tv xəbər verir ki, Olimpiya oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə və Sabir Cəfərov, hakimlər adından Ələkbər Həsənov və Sədi Quliyev, məşqçilər adından isə Ramiz Ramizzadə və Əsgərxan Novruzov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər.

Oxşar xəbərlər