Son Xəbərlər
Oxunub : 74 | Tarix : 06:00 | Bölmə: gundem, bolge

Ağdamda tarixi məscid bərpa edilir


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, məscid 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən tikilib.

Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.

Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa ediləcək.

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

Oxşar xəbərlər