Son Xəbərlər
Oxunub : 30 | Tarix : 05:37 | Bölmə: gundem, tedbirler


Bu gün Muğam Mərkəzində “Rast dünyası” olacaq

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.
Kent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.
“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər.

Oxşar xəbərlər