Son Xəbərlər
Oxunub : 9 | Tarix : 06:54 | Bölmə: gundem, idman


Bakıda polo üzrə Dünya Kuboku başlayır
BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bu gün Bakıda polo üzrə Dünya Kubokuna start veriləcək.
APA -nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar.
İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrə “Evviva Polo Club St. Moritz”i arasında olacaq. Matçın start fiti saat 15:00-da veriləcək. Bu qarşılaşma bitdikdən sonra “Los Nocheros Polo Club Münster” (Almaniya) “Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək.
Sentyabrın 14-də saat 15:00-da İsveçrə və Almaniya təmsilçiləri üz-üzə gələcəklər. Ardınca “Elite Horse & Polo Club Baku” meydana çıxacaq. Komandamızın rəqibi “Planernaya Polo Club Moscow” olacaq.
Reqlamentə əsasən, sentyabrın 15-də isə üçüncü yer uğrunda matç olacaq. Yarışa final qarşılaşması ilə yekun vurulacaq. Bu görüşlər saat 15:00 və 16:15-də başlayacaq.

Oxşar xəbərlər