Son Xəbərlər
Oxunub : 21 | Tarix : 06:30 | Bölmə: gundem, hadise

Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu


MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Gəncədə dörd nəfərin döyülməsi faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin “Ət kombinatı” adlanan ərazisində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rulan Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı fiziki təzyiqə məruz qalıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Döyülənlərin vəziyyətinin normal olduğu bildirilir.

Zərərçəkmişlərin sözlərinə görə, onlar qonşuları tərəfindən döyülüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər