Son Xəbərlər
Oxunub : 24 | Tarix : 06:51 | Bölmə: gundem, idman

Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb.

O, çinli Danabieke Bayıkevuzini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 4:1 (28:27, 28:26, 28:26, 28:26, 27:28) hesabı ilə məğlub edib.

M.Abdullayev 1/8 finalda misirli Yosri Rezk Mustafa ilə üz-üzə gələcək. Döyüş sabah olacaq.

M.Abdullayevdən fərqli olaraq, Lorenzo Sotomayor (69 kq) məğlubiyyətə üzülüb. 1/16 finalda əlcəzairli Şemseddin Kramou ilə qüvvəsini sınayan Olimpiya mükafatçımız 2:3 (28:29, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə uduzub.

Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq) və Dominqes Alfonso (81 kq) da 1/8 finala yüksəlib.

Oxşar xəbərlər