Son Xəbərlər
Oxunub : 17 | Tarix : 06:57 | Bölmə: gundem, medeniyyet

Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi

TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV

Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirilib.

BakuTV xəbər verir ki, Qala Dövlət Etnoqrafiya Qoruğunda baş tutan festivalda qonaqlara qutabın göy, ət, qarın, şabalıd, balqabaq çeşidlərinin hazırlanması qaydası nümayiş etdirilib. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova deyir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanın milli mətbəx nümunələrini dünyada tanıtmaqdır.

Qeyd edək ki, Lavaş 2016-cı ildən Türkdilli ölkələrin, o cümlədən Azərbaycanın irsi kimi UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına düşüb.

Oxşar xəbərlər