Son Xəbərlər
Oxunub : 17 | Tarix : 07:07 | Bölmə: gundem, dunya

Rusiyada güclü yanğın: şəhər prokuroru və ailə üzvləri həlak oldu


TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Dünən gecə Krasnoyarskda yaşayış binasında baş verən yanğın nəticəsində Lesosibirsk şəhərinin prokuroru, həyat yoldaşı və iki uşağı ölüb.

Məlumat rayon prokurorluğu tərəfindən təsdiqlənib.

Vilayət prokurorunun böyük köməkçisi Olqa Qaidukun sözlərinə görə, yanğında prokuror Vasili Fedorov, onun və bacısının ailəsi həyatını itirib.


36 yaşı olan Fedorov Lesosibirsk prokurorluğuna aprel ayından rəhbərlik edirdi. O, prokurorluq orqanlarında 2006-cı ildən çalışırdı.

Qusarov küçəsindəki beşmərtəbəli yaşayış binasında yanğın sentyabrın 15-də gecə baş verib. Yanğın barədə siqnal Fövqəladə Hallar Nazirliyinə Moskva vaxtı ilə 22:26-da daxil olub.

Moskva vaxtı ilə saat 23:04-də yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb, saat 23:36-da söndürülüb. Hadisə nəticəsində dördü uşaq olmaqla, səkkiz nəfər ölüb.

Oxşar xəbərlər