Son Xəbərlər
Oxunub : 23 | Tarix : 05:14 | Bölmə: gundem, idman

Nigar Arpadarai: Bakıda “Formula-1” üçün iyun münasib vaxtdır


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Biz əvvəldən Azərbaycan Qran-Prisinin iyunda keçirilməsinə çalışmışıq. Bildiyiniz kimi, ötən il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilmiş hərbi parada görə biz Qran Prinin apreldə keçirilməsini xahiş etmişdik.

Bunu Oxu.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

“Formula-1”də 2020-ci il mövsümü 13-15 martda Avstraliya Qran-Prisi ilə start götürəcək. Daha sonra Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Monakoda Qran-Prilər baş tutacaq. Mövsümün səkkizinci mərhələ yarışı isə Bakıda keçiriləcək. Bu, 5-7 iyun tarixlərində olacaq.



Ötən il apreldə olan yarış bu ildən iyunda olacaq. Nigar xanımın sözlərinə görə, bundan sonra bu tarixi dəyişmək fikirləri yoxdur:

“Onu da bildirim ki, dəyişiklik çox çətin prosesdir. Çünki biz təqvimlə bağlı hər hansısa dəyişiklik xahiş etdikdə, bu, digər yarışların qrafikinə də təsir edir. Bu ildən yenidən Azərbaycan Qran-Prisi əvvəlki vaxtına – iyuna qaytarılıb.

Əslində, bu tarix bizə daha münasibdir. Çünki yay aylarında məktəblər bağlı olur, şəhərdə sıxlıq azalır, hava yarış və tamaşaçılar üçün daha əlverişli olur. Həmçinin, bu, ölkəmiz üçün də iqtisadi baxımdan yaxşı tarixdir. Çünki paytaxtımıza yay aylarında gələn turistlərin sayı daha çox olur. Bundan sonrakı Qran-Prilər üçün də iyun tarixini dəyişmək fikrimiz yoxdur”.

Həmçinin, bundan sonra Paddok və onun ətrafındakı qurğular yığışdırılmayacaq. Nigar Arpadarai buna belə aydınlıq gətirdi:

“Biz onu cəmi bir dəfə yığışdırmışıq. O da şəhərdəki tədbirlərlə bağlı olub. Amma onu hər dəfə yığışdırmaq fikrimiz yoxdur. Bəzi qurğuları tamamilə yığışdırmırıq. Çünki bunu hər dəfə quraşdırmaq maddi baxımdan da bizə sərf etmir.

Məsələn, qarajların olduğu binanı, bütün blokları olduğu kimi saxlayırıq. Bunlar heç kimə maneçilik törətmir. Amma hansısa dövlət qurumundan göstəriş olarsa, biz onu rahatlıqla yığışdıra bilirik”

Oxşar xəbərlər