Son Xəbərlər
Oxunub : 22 | Tarix : 05:14 | Bölmə: gundem, cemiyyet

“Google”da işləyən azərbaycanlı: Şirkətdən mənə təklif gələndə elə bildim, zarafatdır - MÜSAHİBƏ


BƏSDİ VƏLİYEVA AZTURK.TV
“Google” şirkətində çalışan azərbaycanlı Esmiralda Şirinovanın Oxu.Az-a müsahibəsi:

- Harada təhsil almısınız? Xaricə getməyə necə qərar verdiniz?

- Orta təhsilimi Xəzər Universitetinin nəzdində olan Dünya məktəbində almışam. Bakıda Dünya məktəbində təhsil alarkən, orada IB (International Baccalaureate) proqramı açılmışdı. IB beynəlxalq proqramdır, onu uğurla bitirən tələbələr birbaşa xarici universitetlərə qəbul ola bilir. Mən də bu yolla İngiltərə, Hollandiya, Almaniya və Kanada universitetlərindən dəvət aldım.



Bu ölkələr arasında İngiltərədə mənə viza verəcək iş tapmağın çətin olduğunu bilməyimə baxmayaraq, oranı seçdim. Çünki həm dil, həm mədəniyyət, həm təhsil, həm də iş fürsətləri perspektivindən İngiltərə mənə daha yaxın idi.

Orada təhsilimi tamamladıqdan sonra İngiltərənin Southempton Universitetinin İnformasiya Texnologiyaları fakültəsində bakalavr təhsilinə başladım və 2018-ci ildə “First Class Honours” dediyimiz fərqlənmə diplomu ilə məzun oldum. Artıq dörd ildir ki, İngiltərədə yaşayıram. Bu qərarımdan heç vaxt peşman olmadım, çünki dörd il ərzində burada heç vaxt özümü qonaq kimi hiss etmədim.

Oxşar xəbərlər