Son Xəbərlər
Oxunub : 20 | Tarix : 06:28 | Bölmə: gundem, idman

“Neftçi”nin Müşahidə Şurası baş məşqçi və futbolçulara iradlar bildirdi


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə edib, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıb.


Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.

Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını verib, komandaya qarşıdakı turlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasında beş xalla VI sırada qərarlaşıb.

Oxşar xəbərlər