Son Xəbərlər
Oxunub : 18 | Tarix : 06:30 | Bölmə: gundem, hadise

İmişlidə traktorla motosiklet toqquşdu: sürücü öldü - FOTO

MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TVİmişlidə traktorla motosiklet toqquşdu: sürücü öldü - FOTO
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi traktorla İmişli-Qaravəlli-Mirili avtomobil yolu ilə hərəkətdə olarkən həmyerlisi, rayonun Yalavac kənd sakini, 1991-ci il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər