Son Xəbərlər
Oxunub : 16 | Tarix : 05:05 | Bölmə: gundem, cemiyyet

DİM gələn il keçiriləcək qəbul imtahanı ilə bağlı hazırlığa başladı

BƏSDİ VƏLİYEVA AZTURK.TV
İngilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün İşçi qruplar yaradılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, işçi qruplar sentyabrın 30-dan fəaliyyətə başlayıb.

İşçi qruplar tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qruplar müzakirələri davam etdirəcək.

Oxşar xəbərlər