Son Xəbərlər
Oxunub : 16 | Tarix : 06:11 | Bölmə: gundem, maraqli

Putin ad gününü necə keçirəcək?

MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad gününü təbiət qoynunda doğma və yaxınlarının əhatəsində keçirəcək.

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

D.Peskov bildirib ki, Rusiya lideri doğum günündə təbrikləri qəbul edir, həmçinin, telefonla başqa ölkələrin liderləri ilə çox ünsiyyət saxlayır.

Qeyd edək ki, bu il Vladimir Putinin 67 yaşı tamam olacaq. 2017-ci ildə Rusiya Prezidenti Soçi şəhərində Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirmişdi.

2016-cı il oktyabrın 7-də V. Putin heç bir tədbirdə iştirak etməmişdi. 2015-ci ildə isə ad günündə Xokkey Liqasında buz üzərinə çıxmışdı.

2014-cü ildə isə istirahət götürərək ad gününü sivilizasiyadan uzaqda - Sibir tayqasında qeyd etmişdi.

Oxşar xəbərlər