Son Xəbərlər
Oxunub : 14 | Tarix : 04:58 | Bölmə: gundem, siyaset


Məmmədyarovla Mnatsakanyanın növbəti görüşü bu şəhərdə keçirilə bilər
MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) növbəti görüşü bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tuta bilər.

AZTURK.TV-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bunu Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü ATƏT ölkələrinin Xarici İşlər Nazirlərinin Sammiti çərçivəsində keçirilə bilər.

Oxşar xəbərlər