Son Xəbərlər
Oxunub : 27 | Tarix : 06:16 | Bölmə: gundem, maraqli

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO
BƏSDİ VƏLİYEVA AZTURK.TV

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.

Noyabrın 14-də keçiriləcək hərrac barədə “Litfond” öz saytında məlumat yayıb.

Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.

Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevə 70 illik yubileyi ərəfəsində SSRİ Daxili İşlər naziri Nikolay Şolokov tərəfindən zarafatyana hədiyyə edilib.

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin bağ evində tapılıb.

Oxşar xəbərlər