Son Xəbərlər
Oxunub : 11 | Tarix : 06:41 | Bölmə: gundem, bolge

Bu ərazilərdə qaz təchizatında fasilələr olacaq

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işləri icra ediləcək.


Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında (təqribən dörd saat müddətinə) fasilələr müşahidə olunacaq.

Oxşar xəbərlər