Son Xəbərlər
Oxunub : 10 | Tarix : 07:10 | Bölmə: gundem, medeniyyet

Xalq artisti Yalçın Adıgözəlovun yubileyi qeyd olunub


TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın professoru Xalq artisti Yalçın Adıgözəlovun anadan olmasının 60 illiyi qeyd edilib.

BMA-dan Lent.az -a bildirilib ki, tədbirdə BMA-nın rektoru, Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli Yalçın Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətindəki böyük xidmətlərindən, səmərəli fəaliyyətindən bəhs edərək, onu yubiley münasibətilə təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib.


Konsertdə bəstəkar Evdard Qriqin “Holberq” süitası, Bella Bartokun “Rumın rəqsləri”, Jean Sibeliusun “Vals Triste” kompozisiyası ifa olunub. Xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun Kamera orkestri üçün musiqisi, solist Tamerlan Adıgözəlovun ifasında Vasif Adıgözəlovun Fortepiano və orkestr üçün 1 saylı konserti (II hissə) və Prelüd N.1 səsləndirilib.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyevin ifasında Astor Piazzolanın “Oblivion” əsəri dinlənilib.

Oxşar xəbərlər