Son Xəbərlər
YAP-ın parlament seçkilərindəki səlahiyyətli nümayəndələri - SİYAHI 16:43İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB 17:39İlham Əliyev onu Hikmət Hacıyevin müavini təyin etdi 17:31Bu partiyalar parlament seçkilərində iştirak üçün müraciət etdi - MSK qərar verdi 17:25İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı 17:21Elmar Məmmədyarov: Niderland Azərbaycanın qeyri-neft sektorunun əsas investorlarından biridir 17:18İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi - YENİLƏNİB + FOTO 16:49Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir 16:14Putin Zelenskiyə uşaq şeiri ilə cavab verdi 17:13Röya xanım fanatlarına sürpriz hazırlayır: “Oğlanlar üçün yasaqdır” 17:09Ağır atletimiz Avropa birinciliyində bir qızıl, bir gümüş medal qazandı 17:05Azərbaycanlı hakim Gürcüstan çempionatının oyunlarında hakimlik edəcək - FOTO 17:03Azərbaycanın Xalq artisti vəfat edib 17:00“Disney” yeni filmi barədə xəbərdarlıq etdi 16:58Ərdoğan “S-400”lə bağlı mübahisələrə son qoydu 16:56
Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq
Oxunub : 18 | Tarix : 07:01 | Bölmə: gundem, iqtisadiyyat

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.
Bunu Reporta açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq:
“Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.
M.Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır:
“Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə turistlərin və bu yoldan keçənlərin istirahətinin təşkil edilməsidir. Əsas məqsəd onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.
O qeyd edib ki, hazırda Gürcüstan ərazisində SOCAR brendi altında 114 YDM fəaliyyət göstərir.
Oxşar xəbərlər