Son Xəbərlər
Oxunub : 32 | Tarix : 05:03 | Bölmə: gundem, idman

Azərbaycanlı hakim Gürcüstan çempionatının oyunlarında hakimlik edəcək - FOTO

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Super kateqoriyalı güləş hakimimiz Asif Şirəliyev sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Gürcüstan ölkə çempionatına dördüncü dəfə rəsmi dəvət alıb.

Oxu.Az xəbər verir ki, güləş idman növündə Super (I-S) kateqoriyalı hakim Asif Şirəliyev dekabrın 13-dək Batumi şəhərində keçiriləcək Gürcüstan çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Qeyd edək ki, Asif Şirəliyev beynəlxalq hakimlik arenasında öz dəqiqlik və obyektivliyi ilə etimad qazanıb. Məhz bu səbəbdən Gürcüstan Güləş Federasiyası tərəfindən daxili çempionata dəvət alıb.

Oxşar xəbərlər