Son Xəbərlər
Oxunub : 26 | Tarix : 05:25 | Bölmə: gundem, tedbirler

“2020-ci ildə Azərbaycanda Könüllülüyə skautların töhfəsi” adlı toplantı keçirilib


BƏSDİ VƏLİYEVA AZTURK.TV
Azərbaycan Skautlar Assosiasiyasının fəal üzvləri və skaut liderləri 16 yanvar 2020-ci il tarixində Binəqədi Gənclər Evində “2020-ci ildə Azərbaycanda Könüllülüyə skautların töhfəsi” mövzusunda toplantı keçiriblər.

Oxu.Az xəbər verir ki, toplantınıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsinin Azərbaycanda könüllülük hərəkatına və gənclərin inkişafına töhfə verəcəyi qeyd edilib.

Toplantı iştirakçıları bununla bağlı fəal olmağa dəvət edilib.

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri çıxışlarında öz könüllülük təcrübəsini bölüşdülər, Azərbaycan Skautlarının hər zaman könüllü olaraq Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərdiklərini, yerli icmaların üzvlərinin inkişafına dəstək verdiklərini və bu sahədə könüllülüyün daha da inkişaf etdirilməsi zəruriliyini vurğulayıblar.

Görüşdə, həmçinin, Azərbaycan Skautlarının beynəlxalq səviyyəli könüllülük proqramlarında iştirak etmək imkanları haqqında məlumat verilib. Sonra iştirakçılar kiçik qruplarda Azərbaycan Skautlarının “Könüllülər ili”nə verə biləcəyi töhfə barədə müzakirələr aparılıb.

Azərbaycan Skautlar Assosiasiyası “Könüllülər ili” ilə bağlı silsilə aksiyaların, layihələrin və proqramların həyata keçirilməsini nəzərdə tutur. Layihələrdə könüllülərin şəxsi inkişafına, gənclərin könüllülüyü təşviq etməsinə, onlara vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli təşkilinə önəm veriləcək.

Oxşar xəbərlər