Son Xəbərlər
Oxunub : 15 | Tarix : 05:27 | Bölmə: gundem, sou

Namiq Qaraçuxurlu: “Tam sağlam deyiləm” - ÖZƏL


TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
“Ekrana çıxmamağımın səbəbləri çoxdur. Bir-bir bu məsələləri sadalamaq istəmirəm. Sənət adamları efirlərdə baş verənlər haqqında tez-tez danışırlar. Bunları danışmağa ehtiyac yoxdur”.

Bunu Oxu.Az-a açıqlamasında məşhur meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Sənətçi toyların az olduğundan şikayətçi olsa da, qazancının onu qane etdiyini söylədi:





“Əvvəlki illərdən fərqli olaraq, toylardan o qədər də pul qazanmıram. Amma indi də pis deyil, normaldır, aldığım qonorardan razıyam. Nə qədər çox işləsək, çox çalışsaq da, ətrafımız bizdən qat-qat yaxşı dolanır. Ona görə də aldığım qonorara qane oluram”.

Namiq sonra “Məni konsert aləmindən qaçıranlar konsert işləri ilə məşğul olan şəriştəsiz, naşı və kələkbaz insanlardır”, - deyib, konsert mövzusunda qalmaqallı açıqlamalar verdi:

“Dəfələrlə konsertimi etdilər, pulumu vermədilər, aldatdılar. Hətta elə də oldu ki, konsert etdik, nəinki qonorarımı vermədilər, hətta bütün texniki işlərin pulu boynumda qaldı. Məcbur olub onların da pulunu özüm ödədim. Bunlar məni çox yordu.

Oxşar xəbərlər