Son Xəbərlər
Oxunub : 16 | Tarix : 04:33 | Bölmə: gundem, tedbirler

İƏT-in XİN başçıları təcili toplandı: İsrail-Fələstin məsələsi ilə bağlı
BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bu ilin 3 fevral tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib.

Ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

Oxşar xəbərlər