Son Xəbərlər
Oxunub : 16 | Tarix : 05:36 | Bölmə: gundem, idman

Avropa çempionatında bir final, bir “qızıl”, iki “bürünc” şansı
BƏSDİ VƏLİYEVA AZTURK.TV

İtaliyanın Roma şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün üç yunan-Roma güləşçimiz medal qazana bilər.

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda meydan sahibi Covanni Freni ilə qarşılaşacaq.

77 kq çəkidə yarışan Sənan Süleymanovun isə hamıdan güclü olmaq şansı var. Bunun üçün o, macarıstanlı Zotlan Levaya qalib gəlməlidir.

İslam Abbasov da medal kolleksiyamızı bürünclə zənginləşdirə bilər. 87 kq-da gücünü sınayan pəhləvanımız bunun üçün litvalı Eyvidas Stankeviçyusu yolundan kənarlaşdırmalıdır.

82 kq çəki dərəcəsində yarışdan Rafiq Hüseynovu isə finaldan bir görüş ayırır. Pəhləvanımız italiyalı Çiro Russoya qalib gəlsə, “qızıl” uğrunda yarışmağa haqq qazanacaq.

Oxşar xəbərlər