Son Xəbərlər
Oxunub : 11 | Tarix : 05:34 | Bölmə: gundem, hadise

Bakıda sürücü uşaqlarının həyatını təhlükəyə atdı

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bakıda sürücünün avtomobili şüşəsiz şəkildə idarə etməsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülər Bakı Dairəvi yolunda lentə alınıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini arxa şüşəsi olmadan idarə edib. Videogörüntülərdə avtomobilin arxa sərnişin oturacağında azyaşlı uşaqların olması diqqət çəkib.

Avtomobilin bu vəziyyətdə olması sərnişinlərin həyatı üçün kifayət qədər təhlükəlidir. Baş verə biləcək qəza anında ağır xəsarət və ölüm qaçılmaz ola bilər.

Oxşar xəbərlər