Son Xəbərlər
Oxunub : 12 | Tarix : 06:02 | Bölmə: gundem, cemiyyet

Qoşqar Təhməzli: “Çindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyulub”



BƏSDİ VƏLİYEVA AZTURK.TV

“Hazırda ölkənin müvafiq qurumları bütün lazımi işləri əlaqəli şəkildə icra edirlər. Bütün işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib.

Sədr bildirib ki, agentlik vəzifə səlahiyyətləri çərçivəsində hər hansı yayıla bilən xəstəliyin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə, hazırda ciddi profilaktik tədbirlər görülür:

“Artıq Çindən ölkəyə müvafiq qida məhsullarının idxalına məhdudiyyət qoyulub. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir”.

Oxşar xəbərlər