Son Xəbərlər
Oxunub : 11 | Tarix : 06:20 | Bölmə: gundem, hadise


Suraxanıda beş nəfərin yaralanması ilə nəticələnən qəza olub - FOTO
MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

Oxu.Az xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.



Hadisə nəticəsində "Opel"in sürücüsü İntiqam Məmmədov, "Tofaş"ın sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtotexniki ekspertizanın sonunda bəlli olacaq.

Oxşar xəbərlər