Son Xəbərlər
Oxunub : 12 | Tarix : 06:25 | Bölmə: gundem, cemiyyet

Sevgililər günü sevənlər bir-birinə nə hədiyyə edirlər? - Sorğu və bir neçə ideya - FOTO

BƏSDİ VƏLİYEVA AZTURK.TV

Sabah 14 Fevral - Müqəddəs Valentin günüdür. İnsanlar həmin günə fərqli yanaşırlar.

Bəziləri bunun Qərb ənənələrinin mənasız bir təqlidi, digərləri isə sevgilini sevindirmək üçün əlavə bəhanə hesab edir. Buna baxmayaraq, Media.Az-ın bu barədə keçirdiyi sorğunun nəticələrinin göstərdiyi kimi, gənclər mütləq Sevgililər Gününü qeyd etmək niyyətindədirlər və onlardan bir çoxu artıq hədiyyə hazırlayıb.

Azərbaycanın sosial şəbəkələrində sorğuda iştirak edən qadınların yarısı hədiyyə seçiminə fantaziyaları ilə yönəlib. Maraqlıdır ki, qızlar yalnız oğlanları deyil, rəfiqələrini, qohumlarını və yaxınlarını da təbrik edirlər. Ən çox sifariş olunan “hand-made” hədiyyələrdir. Bundan əlavə, qızlar əl ilə boyanmış qablar, əl istehsalı maqnitlər, Sevgililər günü tortu, portretlər və ya dizayner sabunu sifariş edirlər.



İkinci yerdə fərdi dizaynı olan hədiyyələrdir. Bu sevilən birinin şəkli və ya başqa eksklüziv dizaynla təsvir olan stəkanlar, gümüş bilərziklər və üzərində yazı yazılmış açarlıqlar, pazl fotoşəkillər, müəllif istəklər yazılmış və ortaq fotoşəkillərlə bükülmüş şirniyyat dəsti, hətta tanışlıq hekayəsi əsasında hazırlanan cizgi filmi ola bilər.

Oxşar xəbərlər