Son Xəbərlər
Oxunub : 23 | Tarix : 06:07 | Bölmə: gundem, siyaset

Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib - FOTO
Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib - FOTO
Prezident Romada naməlum əsgər abidəsini ziyarət edib - FOTO

MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.



Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.

Oxşar xəbərlər