Son Xəbərlər
Oxunub : 26 | Tarix : 06:57 | Bölmə: gundem, cemiyyet


Bakıda koronavirusla bağlı bu obyektlər dezinfeksiya edilir
BƏSDİ VƏLİYEVA AZTURK.TV
Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, iki sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

Oxşar xəbərlər