Son Xəbərlər
Oxunub : 21 | Tarix : 07:04 | Bölmə: gundem, dunya

Məşhur aktyor zəncirvari qəzaya düşdü - FOTO



TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
Türkiyənin məşhur aktyoru Ahmet Kural zəncirvari qəzaya düşüb.

Sondakika.com-un xəbərinə görə, hadisə İstanbul şəhərində baş verib.

Qəzada toqquşan üç avtomobildən biri Ahmet Kurala aid olub. Avtomobillər yararsız vəziyyətə düşüb.



Hadisə yerinə polislər və tibb işçiləri cəlb edilib. Ahmet Kuralın avtomobili içkili vəziyyətdə idarə etdiyi məlum olub. Onun qanında 1,85 promil alkoqol aşkarlanıb.

A.Kural altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, qəza nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Oxşar xəbərlər