Son Xəbərlər
Oxunub : 15 | Tarix : 05:38 | Bölmə: gundem, sosial

Muzdla çalışanların aylıq əməkhaqqı açıqlandı


TƏNZİLƏ HEYDƏRXANLI AZTURK.TV
2020-ci il fevralın 1-nə olan məlumatlara görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1641,0 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstəriblər.

7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi meşə və kənd təsərrüfatı, həmçinin balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi, texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Oxşar xəbərlər