Son Xəbərlər
Oxunub : 15 | Tarix : 06:04 | Bölmə: gundem, hadise

Sürət həddini aşan “Ford” qəbiristanlığın məhəccərinə çırpıldı



MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV
Abşeronda yol qəzası qeydə alınıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan qəbiristanlığı yaxınlığında baş verib.

Magistral yolda hərəkət edən “Ford” markalı, “99-XK-325” dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Qəzaya sürücünün sürət həddini aşması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər