Son Xəbərlər
Oxunub : 16 | Tarix : 06:20 | Bölmə: gundem, medeniyyet

“Taxt-tac oyunları”nın daha bir ulduzu koronavirusa yoluxdu - FOTO


SEVDA XANOĞLAN QIZI AZTURK.TV
“Taxt-tac oyunları” serialı ilə məşhurlaşan britaniyalı aktrisa İndira Varma koronavirusa yoluxub.

Bu barədə o, özünün “Instagram” səhifəsində bəyan edib.

“Hazırda buna görə yataqdayam və bu, heç yaxşı hal deyil. Özünüzü qoruyun, özünüzə və yaxınlarınıza qarşı mehriban olun”, - deyə o bildirib.

O vurğulayıb ki, Anton Çexovun “Qağayılar” tamaşasında oynayırdı, lakin virusa görə səhnələşdirmə təxirə düşüb.

Qeyd edək ki, bundan əvvəl elə həmin serialın aktyoru Kristofer Xivyu koronavirusa yoluxduğunu elan etmişdi. O, müalicə müddətində evində təcrid vəziyyətində yaşayacağını bildirmişdi.

Oxşar xəbərlər