Son Xəbərlər
Oxunub : 14 | Tarix : 05:53 | Bölmə: gundem, iqtisadiyyat


Neftin qiyməti artır
BƏSDİ VƏLİYEVA AZTURK.TV
London birjasında “Brent” markalı neftin qiyməti 4,5% yüksəlib.

TASS xəbər verir ki, WTI markalı neft fyuçerslərinin dəyəri 4,8% artıb.

Londonun ICE birjasında ticarət sessiyası zamanı “Brent” markalı neftin qiyməti 2020-ci ilin mayı üçün bir barelə görə 28,3 dollara çatıb.

WTI markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 24,5 dollar səviyyəsindədir.

Artımın pik həddində Bakı vaxtı ilə saat 5:10-da “Brent” markalı neftin qiyməti bir barel üçün 28,4 dollara (+5,1%), WTI markalı neftin qiyməti isə bir barelə görə 24,79 dollara (+6%) qədər qalxıb.

Oxşar xəbərlər