Son Xəbərlər
Oxunub : 298 | Tarix : 09:12 | Bölmə: gundem, hadise

Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alan var
Gəncə. Mehebbet Allahverdiyev – Azturk.tv Gəncədə bir nəfərin yaralanması ilə nəticələn yol nəqliyyat qəzası baş verib.

Azturk.tv-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Xanlar küçəsinin kəsişməsində qeydə alınıb.

Samux rayon sakini, 1949-cu il təvəllüdlü Yusif Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Asif Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-da olan sərnişin, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad Yusibov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər